F-1.az xatırladır ki, avstraliyalı sürücü 4-cü yerdən başladığı yarışı 6-cı sırada bitirib. Yarış ərzində Mercedes komandasının sürücüsü Bottasla təkər-təkərə mübarizə aparan Rikkardo əyləndiyini deyib: “Bottası uzun düzlükdə arxamızda tutduq və bu, müsbət haldır. Mercedes-lə bir neçə dövrə mübarizə aparmaq gözəl idi. Bu mübarizəni Maksla da aparmaq istərdim, amma onun təkər üstünlüyü var idi və sürətli idi. Bottas arxama gələndə düşündüm ki, asanlıqla keçəcək. Amma onu bir dövrə arxamda tutdum və düşündüm ki, təkərləri yeyiləcək. Dedim ki, bir az əylənək. Bunu edərkən təkərlərim yeyildi, lakin dəydi. Onu uzun müddət arxamda tutacağımı düşünməmişdim. O, DRS açanda belə, bizim düzlük sürətimiz əla idi”.
D.Rikkardo əylənib
Renault komandasının sürücüsü Daniel Rikkardo sonuncu Kanada yarışında əyləndiyini deyib.