F-1.az xatırladır ki, avstraliyalı sürücü Fransa yarışında gözəl performans göstərərək, 10-cu yerdə başladığı yarışı 6-cı yerdə bitirib. Yarış ərzində gözəl ötmələr edən “Bal porsuğu”, köhnə günlərini xatırladıb.
Daniel Rikkardo: “Çox əyləndim. Startı tam olaraq xatırlamıram və bu, gözəl haldır, çünki yarış maraqlı olanda belə hallar yaşanır. Komandaya gözəl xallar qazandırdığım üçün sevincliyəm.
Bolidə olan inamım artıb. Əylənmələrdə daha güclü idim və inamım getdikcə artır. Düzdür, Landonu sıralanmada da, yarışda da keçə bilmədim, amma inkişaf var idi. Hələlik buna razı olacağam. Norrisdən 10 saniyə geri qaldığım üçün məyus olmadım. Ən yaxşı həftəsonum idi”.