D.Rikkardo: Ən yaxşı dövrəm idi

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Emiliya Romanyada builki ən yaxşı sıralanma dövrəsini atıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü İmola trasındakı sıralanma turunda beşinci olub.

Daniel Rikkardo: “Bu il sıralanma turunda bir neçə dəfə son sessiyaya çıxmışam, amma burada son sessiyada ən yaxşı dövrəmi atdım. Bu ilin ən yaxşı dövrəsi idi. Çox razı qaldım və əyləmdim.

Bu tras möhtəşəmdir. Sıralanma turu yaxşı keçməsə də bunu deyərdim. Əla trasdır və həmişə limitlərdə sürürsünüz. Ən əyləncəli sessiyalardan biri idi. Hələ də üzüm gülür. Bura ciddi trasdır. Dar, sıx və sürətli – hər şey var”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*