F-1.az xatırladır ki, Daniel Rikkardo Formula1 karyerasına 2011-ci ildə HRT komandasında başlayıb və daha sonra Toro Rosso komandasına transfer olub. Avstraliyalı sürücü 3 ildir ki, Red Bull komandasının şərəfini qoruyur.
Daniel Rikkardo jurnalistlərin – “Niyə həmişə gülürsən?” sualına cavab verib: “Məni digər sürücülərdən nə fərqləndirir? Həmişə bədbin və məyus üzüm var! Əslində həmişə gülürəm. Qəmgin olmaqdansa, gülümsəmək daha yaxşıdır. Mən çox rahat insanam.
Censon ilə yaxşı münasibətim var. Onunla bəzən pivə içməyə gedirik. Əslində Formula1-də çox az hallarda dostluqlar olur, amma mən Censon ilə çempionluq uğrunda mübarizə aparmıram. Ona görə də yaxşı dostuq. Əgər biz çempionluq mübarizəsi versəydik, bəlkə də hər şey fərqli olardı və dost olmazdıq.
Bəzən də Parkway Drive qrupuna qulaq asmağa gedirik. Onların ifa etdiyi musiqi çox ağırdır. Bu adamlar çox sərbəstdirlər və mən onların işlərindən zövq alıram. Eyni sözlər mənim üçün də deyilə bilər. Mən gələcəyi düşünəndə özümü yaxşı hiss edirəm və həmişə gülürəm”.