F-1.az xatırladır ki, avstraliyalı sürücü Red Bull-dan ayrılaraq Renault komandasına keçib.
Daniel Rikkardo: “Karyeram ərzində aldığım ən çətin qərar idi. Ayrılmaq məyusedicidir. Red Bull ilə 10 il idi ki, işləyirdim. 2008-ci ildən gənc sürücü proqramında idim. Bunları unutmayacam və həmişə minnətdar olacam. Renault ilə yarışmaq üçün səbirsizlənirəm. Artıq yeni bir başlanğıc etməyin zamanı gəlmişdi. Mənim üçün yaxşı olacağını düşünürəm. Red Bull şirkətinə hər şeyə görə təşəkkür edirəm. İndi isə, mövsümün sonuna 9 yarış qalıb və mübarizəyə davam etməliyik”.