D.Rikkardo əməliyyat olunub

AlphaTauri komandasının sürücüsü Daniel Rikkardo sol əlindən əməliyyat olunub.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Niderland Qran Prisinin ikinci sərbəst yürüşlərində yerlisi Oskar Piastriyə çırpılmamaq üçün bariyerlərə çırpılmış və sol əlini qırmışdı.

Daniel Rikkardo bu zədəyə görə Niderland yarışını biraxmalı olub və onu gənc Liam Louson əvəz edib. 35 yaşlı sürücü hərtərəfli müayinə üçün Barselonaya gedib.

Daniel Rikkardo müayinələrdən sonra bazar günü səhər Barselonada əməliyyat olunub: “Hamıya salamlar. Bazar günü səhər əməliyyat olundum. İlk platin işimgörüldü. Bu, çox fantastikdir. Mənə zəng edən və əhvalımı soruşan hamıya təşəkkür edirəm. Bu, tərslik deyil. Sadəcə yarışın və geridönüşün bir hissəsidir”.

Rikkardonu əməliyyat edən cərrah Şavyer Mirdir. O, qışda Ləns Strollun da əlini əməliyyat etmiş və kanadalı sürücü tez bir zamanda yarışa qayıtmışdı.

Daniel Rikkardo böyük ehtimalla iki dəfə qalib gəldiyi İtaliya Qran Prisinə də qatıla bilməyəcək. Bu barərə AlphaTauri komandasının rəhbəri Frants Tost danışıb: “Belə görünür ki, Liam Montsada yarışacaq, çünki Danielin o yarışa qədər hazır olacağını gözləmirəm. Montdaya hazırlanmaq üçün Lousonu bu həftə simulyatorda işlədəcəyik”.

Daniel Rikkardonun 3 həftə sonra keçiriləcək Sinqapur Qran Prisində sükan arxasına qayıdacağı gözlənilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*