F-1.az xatırladır ki, almaniyalı əfsanə 1991-ci ildə idmanda debüt etmiş və 20 illik karyerasında 7 Dünya Çempionluğu və 91 yarış qazanmışdı. Əfsanəvi sürücü Formula1 tarixinin ən yaxşısı kimi qəbul edilsə də, Rikkardo belə düşünmür: “Əzminə görə Mixael Şumaxer hamıdan güclüdür, amma idman tarixinin ən sürətlisi deyildi. Ancaq sadiqliyi və əzmi ilə rəqiblərindən fərqlənirdi. Ondan sonra isə Alen Prost gəlir. O, sürəti ilə zəkasının tandemindən yaxşı istifadə edirdi. Üçüncü yerdə isə bütün yarışları qazanmaq istəyən Ayrton Sennadır. Ən sonda isə Mario Andrettini seçirəm. O, bir seriyadan başqa seriyaya problem yaşamadan keçə bilirdi”.
D.Rikkardo əfsanəvi Şumaxeri sürətli saymır
Renault komandasının sürücüsü Daniel Rikkardo əfsanəvi Mixael Şumaxeri ifman tarixinin ən sürətli sürücüsü hesab etmir.