F-1.az xatırladır ki, avstraliyalı sürücü keçən il Malayziya yarışında qalib gəlmişdi.
Daniel Rikkardo: “Sepanqda yenidən yarışmaq üçün səbirsizlənirəm. Sinqapurda gözəl xallar qazandım və Malayziyada uğurlu seriyanı davam etdirmək istəyirəm. Keçən il burada gözlənilməz qələbə qazandım və bu il eyni uğuru təkrarlamaq çətin olacaq. Lyuisin mühərriyi yanmasaydı, böyük ehtimalla ikinciliyə razı olacaqdım.
Bu idmanda hər şey baş verə bilər. Buna görə də təslim olmamalıyıq. Düzlüklər bizim üçün çətin olacaq. Amma itirdiyimiz vaxtı ikinci sektorda kompensə edə bilərik”.