F-1.az xatırladır ki, avstraliyalı sürücü Kanadadakı sıralanma turunda Maks Ferstappen və Valtteri Bottasın problemlərindən maksimum faydalanıb və 4-cü yeri tutub.
Daniel Rikkardo: “Sıralanma turunda 4-cü olduğum üçün bu qədər sevinəcəyimi düşünməzdim. Bu, bizim üçün poula bərabərdir. Radiodan mənə 4-cü olduğumu dedilər. Gözəl hiss idi. Komandaya görə də sevinirəm. Burada olmaq həzz verir. Sıralanma turunda sürətli göründük. Cümə günü də sürətli görünürdük. Görək yarışın startı necə olacaq”.