D.Rikkardo: “Dördüncü ola bilərik”

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, bu mövsüm 4-cü yeri tuta bilərlər.

F-1.az xatırladır ki, Renault mövsümün ikinci hissəsinə yaxşı başlayıb və sonuncu İtaliya yarışından 22 xal toplayıb. Rikkardo komandasının Sinqapurdada uğur qazanacağına inanır: “Bu trasdakı fiziki və psixoloji təzyiqi sevirəm. Bu yarış üçün xüsusi məşq keçmək lazımdır. Sinqapurdakı ilk yarışımda çox şey öyrənmişdim. Yaxşı performans göstərmək üçün xüsusi məşq etməlisiniz. Şəhər tipli trasları sevirəm. Hər şey sizin əlinizdədir. Sinqapur Formula1-dəki ilk gecə yarışı idi və burada çoxlu uğurlarım var.

Mühəndislər Kubokunda dördüncü olmaqçün İtaliyada yaxşı nəticə qazandıq. Cümə günündən etibarən tempimiz yaxşı idi və sonda 22 xal topladıq. Bunu yenidən təkrarlaya bilərik. Dördüncü ola bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*