D.Rikkardo: “Darıxdırıcı yarışları qazana bilmirəm”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, həmişə hadisədən bol olan yarışları qazanır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa 6-cı yerdən başlayıb, amma təhlükəsizlik avtomobili vaxtı pit-stop edərək Soft təkərlər taxan Rikkardo, rəqiblərini keçərək, 6-cə yerdən 1-ci yerə yüksəlib və karyerasının 6-cı qələbsini qazanıb.

Daniel Rikkardo: “Bilmirəm niyə belə olur, amma darıxdırıcı yarışlarda qalib gələ bilmirəm. Hər dəfə dəlisov hadisələr olur. 24 saat əvvəl düşünürdüm ki, yarışa sonuncu yerdən başlayacam, amma mexaniklər mükəmməl işləyərək, bolidi düzəltdilər. Hamısına minnətdaram. Komanda körpüsü də qüsursuz işlədi və iki bolidi birdən pitə çağırdılar. Çox sürətli idilər. Bunu bacarmaq möhtəşəm idi. Axırda qalib gəldim. Mövsüm mənim üçün pis başlamışdı və bu nəticəyə ehtiyacımız var idi. Bəzən hücum etmək üçün var qüvvənizi qoymalısınız. Mən də bu gün belə etdim. Soft təkərlərlə əylənmədə üstün idik və təhükəsizlik avtomobilindən maksimum istifadə etdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*