D.Rikkardo danışıqlara apreldə başlayacaq

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, müqaviləni uzatmaq üçün danışıqlara apreldən başlayacaq.

F-1.az xatırladır ki, 28 yaşlı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitəcək. Lakin avstraliyalı sürücü RB14-ün ilk yarışlardakı performansını gördükdən sonra qərar vermək istəyir.

Daniel Rikkardo: “Hələ bir yenilik yoxdur. Formula1-dən uzaq qalmışdım. Danışıqlar böyük ehtimalla apreldə başlayacaq. Ümid edirəm ki, ilk yarışlarda bir neçə qələbə qazanaram və düzgün qərar verərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*