F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışın 39-cu dövrəsində komanda yoldaşı Ferstappenə hücum edərkən ona arxadan çırpılıb və hər iki sürücü də mübarizəni dayandırmalı olub.
Daniel Rikkardo: “Xaotik yarış idi və deyəsən, bunun səbəbkarı biz olduq. Çox yaxın mübarizə aparırdıq. Bəzən limitlərdə sürürdük, amma heyif ki, belə getdi. İkimiz də məyusuq. Ciddi hadisədir. Hamı istədiyi şərhi verə bilər. O anda hücum şansım varmış kimi görünürdü. Məyusam və komandamı anlayıram.
Qəribə yarış idi və restart veriləndə özümü yaxşı hiss etmirdim. Bəlkə, daha yaxşı ola bilərdim. Komandanı anlayırıq və üzr istəməliyik. Əlimizdən bu gəlir. Yenidən mübarizəyə qayıdacağıq və hər şey qaydasına düşəcək. Bu hadisə keçmişdə qaldı”.