D.Rikkardo da cərimə olunub

Daniel Rikkardonun maşınını qəzadan sonra bərpa edən mühəndislər uzun müddət ötürmələr qutusunu dəyişmək istəməsələr də sonda bunu etməli olublar.

F-1.az xatırladır ki, Daniel sıralanma turunun son sessiyasının əvvəlində qəzaya uğramışdı – avstraliyalı sürücü 14-cü döngənin çıxışında maşının arxasını itirmiş, onu ram etməyə çalışarkən trasdan çıxaraq baryerlərə çırpılmışdı. Sürücüyə zərər dəyməsə də, maşın ciddi zədələnmişdi.

Ötürmələr qutusu dəyişdiyi üçün Daniel yarışın startında 5 yer itirməli olacaq və 15-ci yerdən start alacaq.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*