F-1.az xatırladır ki, avstraliyalı sürücü Əbu Dabidəki sıralanna turunda 4-cü yeri tutub.
Daniel Rikkardo: “Nəticədən çox razıyam. Doğrudan da yaxşı dövrə vurdum və Ferrari-lərdən birini qabaqladığım üçün sevinirəm. Mövsümün son sıralanma turunda əla nəticə oldu. Builki performansım mükəmməl olmasa da, yaxşı dövrə ilə mövsümü bağlamaq gözəldir.
Cümə günü sərbəst yürüşlərdə yarış tempimiz Mercedes və Ferrari qədər güclü güclü deyildi. Sabah podium uğrunda mübarizə aparacam”.