F-1.az xatırladır ki, Bottas son dövrəsində səhv etdiyi üçün sarı bayraqlar çıxıb və Rikkardo son dövrəsini vura bilməyib. Nəticədə avstraliyalı sürücü 10-cu yeri tutub.
Daniel Rikkardo: “Nə baş verdi bilmirəm. Çox hirslənmişdim. Onun tras xaricinə çıxdığını və toz qalxdığını gördüm . Elə bildim təkəri çıxıb. Bir də gördüm ki, sarı işıqlar yanır və stüartların şişirtdiyini düşünürəm. Bəxtimiz gətirmədi. Çox şanssızam”.