F-1.az xatırladır ki, avstraliyalı sürücü Portuqaliyada sıralanma turunda 16-cı yeri tutub.
Daniel Rikkardo: “Nələr baş verdiyini bilmirəm. Çox çətin dövrələr vurdum. Sonuncu sektorda çox əziyyət çəkirdim. Bunun səbəbini bilmək istəyirəm. Bolidin potensialı var idi. 16-cı yer istədiyim nəticə deyil.
Son sektorda bir az da yaxşı ola bilərdim. Soft təkərlərlə atdığım son dövrədə trafikə düşdüm və bu işimi çətinləşdirdi. Hər şey göz qırpımında oldu. Bunu gözləmirdim”.