F-1.az xatırladır ki, avstraliyalı sürücü Meksika yarışına Medium təkərlərlə 12-ci yerdən başlayıb. Lakin o, trasda uzun müddtə qalaraq, son dövrələrdə Soft təkərlər keçib. Bundan sonra sözün əsl mənasında uçmağa başlayan Daniel, 10 saniyə cərimə almasına baxmayaraq, yarışı 7-ci yerdə bitirib.
Daniel Rikkardo: “Bir nöqtədən sonra cəza barədə düşünmədim, çünki itiriləcək heç nəyim yox idi. Pitdən çıxan kimi Soft təkərlər əla işlədi və hər şey mənim əlimdə idi. Qaza basdım və təkərin potensialına baxdım. Limit də idim. Daha sonra təkərləri qorumağa başlasam da, yenə sürətli idim.
Son dövrələrdə bir az gərgin idim, çünki Corc məni dövrəvi etmək üçün yaxınlaşırdı. Onu buraxanda bir neçə saniyə itirəcəkdim. Belə olanda Okon məndən öndə qalacaqdı. Buna görə də onun yaxınlaşmaması üçün əlimdən gələni edirdim. Bəxtim gətirdi ki, Corc son dövrəlrədə sürətli dövrə üçün pitə girdi. Onun xəbəri yoxdur ki, mənim yarışımı xilas edib. Yenə də ona pivə alacam”.