D.Rikkardo cəzaya bir addım da yaxınlaşıb

Red Bull komandasının sürücüsü Daniel Rikkardo Bəhreyndə yaşadığı problemə görə cəza almağa yaxınlaşıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Bəhreyndə yarışın ikinci dövrəsində mübarizəni dayandırmalı olmuşdu. Renault problemi araşdırdıqdan sonra batareya və elektrik idarəetmə sisteminin zədələndiyi anlaşılıb və güc qurğusundakı bu detallar dəyişdirilib. Qeyd edək ki, bu il sadəcə 2 batareya və elektronikadan istifadəyə icazə var. Üçüncüyə keçən sürücü yarışın startında 10 yer itirəcək.

Daniel Rikkardo: “İkinci detala keçdik. Növbəti detalda cəza alacağıq. Bütün mövsümü ikisi ilə keçirməliyik və birini Bəhreyndə zibil qutusuna atdıq, cəmi bir yarış dözə bildi. Böyük ehtimalla, cəza alacağıq. Ümid edirəm ki, mümkün qədər gec olar, amma 90 faiz ehtimalla cəza gələcək. Bolid güclüdür və gücümüzü artırmağa çalışırıq. Bolidin təməli keçənilkinə nisbətən daha yaxşıdır və əsl yarış bolidini xatırladır. Döngələrdə bolidə çox güvənirik. İlk iki yarışda podiuma çıxa biləcək tempimiz olsa da, bacarmadıq. Ancaq təslim olmamalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*