F-1.az xatırladır ki, avstriyalılar Meksikada sıralanma turundan sonra Rikkardonun maşınında güc qurğusunu dəyişdirmişdilər. Buna görə də avstriyalı sürücü yarışa arxa cərgələrdən başlamış və ilk dövrədə 10-cu yerə qədər yüksələ bilmişdi. Amma 14-cü dövrədə üzə çıxan mühərrik problemi 28 yaşlı sürücünün yarışını bitirmişdi. Yarışdan sonra aparılan analizlərdən sonra eyni güc qurğusunun yenidən istifadə olunmamasına qərar verilib. Belə olan halda, Braziliyada yeni güc qurğusundan istifadə olunacaq.
D.Rikkardo cəza alacaq
Red Bull komandasının sürücüsü Daniel Rikkardo Meksikada mühərrik problemi yaşadıqdan sonra yeni bir güc qurğusuna keçməli olacaq.