D.Rikkardo: Cəsarətverici sessiya idi

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, sıralanma turundakı performansı cəsarətvericidir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Meksikadakı sıralanma turunda son sessiyaya qala bilməyib.

Daniel Rikkardo: “Sıralanma turunda tempimiz yaxşı idi və bu da cəsarətvericidir. İkinci sessiyada ilk cəhdim pis deyildi, amma ikinci sekstorun bir neçə döngəsində zəif idim. Daha yaxşısı mümkün idi. İkinci cəhdimdə isə trafikdə qaldım. Buna görə də tempim pis oldu. təkərləri və əyləcləri qızdıra bilmədim. Bu da bizə baha başa gəldi. Belə hallara hazır olmalıyıq. Görək yarışda nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*