F-1.az xəbər verir ki, stüardlar Danieli startda 3 yer itirməklə cəzalandırıblar. Eyni zamanda, onun aktivinə 1 cərimə balı yazılıb.
Buna baxmayaraq, sıralanma turunda 12-ci olan Rikkardo reallıqda üç yox, iki yer itirəcək. Çünki sıralanma turunu 14-cü başa vuran, lakin ağır qəza edən Mik Şumaxer bugünkü yarışda start almayacaq və nəticədə avstraliyalı sürücü yarışa 14-cü yerdən başlayacaq.