F-1.az xatırladır ki, avstraliyalı sürücü Bakı yarışında üçüncü döngəyə çatarkən Kvyata gec əylənərək hücum etmiş, amma bolidi ram edə bilməyərək, rusiyalı sürücü ilə bir yerdə tras xaricinə çıxmışdı. Lakin Rikkardo bolidi geriyə verərək, yarışa qayıtmaq istəyərəkən, sabiq komanda yoldaşına çırpılıb və hər iki sürücü də mübarizəni dayandırıb. FİA bu insidentə görə Rikkardoya İspaniya yarışının startında 3 yer itirmək cəzası verib. Bundan başqa 29 yaşlı sürücünün lisenziyasına 2 cərimə xalı yazılıb.