F-1.az xatırladır ki, avstraliyalı sürücü bu il həm Çində, həm də Monakoda qalib gəlib və hazırda çempionatın lideri Lyuis Həmiltondan 38 xal geridə – 3-cü yerdədir. Red Bull komandası mühərrik cəhətdən rəqiblərindən geri qalsa da, Rikkardo əsas rəqibləri olan Həmilton və Fettellə eyni sayda – iki qələbə qazanıb.
Daniel Rikkardo: “Qələbədən sonra belə sualın verilməsi təbiidir. Lyuis ilə xal fərqimiz çoxdur və hazırda rəqabətdən uzaqda görünürük. Mümkünsüz olmasa da, hələ bu barədə düşünmürəm. Ancaq nə olursa-olsun sürüş tərzimi və hədəflərimi dəyişməyəcəm. Yay tətilindən əvvəl bir yarışda qalib gəlsəm, çempionluq üçün gözəl fürsətim olacaq”.