F-1.az xatırladır ki, Formula1 2014-cü ildə turbo mühərriklərə keçdikdən sonra Mercedes mümkün 59 yarışdan 51-də qələbə qazanmış və son 3 mövsümdə həm sürücülər, həm də Mühəndislər Kubokunu qazanmışdı.
Daniel Rikkardo: “Bolidlər daha sürətli olacaq və döngələri keçmək həzz verəcək. İzləyənlər də bundan həzz alacaqlar. Yeni qaydalardan sonra tras üzərindəki həyəcan da artacaq.
Testlər başladıqdan sonra heç bir komanda bir dəqiqə belə itirmək istəməyəcəklər. Hazırda heç kim yeni bolidlər barədə heç nə bilmir. Buna görə də hər fürsətdən istifadə etməliyik. Fiziki cəhətdən daha çox çətinlik çəkəcəyik, amma mən buna hazıram. Çox məşq etmişəm və bolidə oturmağa hazıram. Yeni başlayanda dözümlülük cəhətdən çətin olacaq. Bu problemi yaşamayan komandalar üstünlük qazanacaqlar. Red Bull bu cür dəyişikliklərdən həmişə maksimum istifadə edib və bu il də istifadə etmək istəyirik. Məqsədimiz bütün yarışları qazanmaqdır. Kiçik hədəflər qoymaq istəmirəm. Avstraliyada podiumda, Malayziyada 5-ci olmalıyam deyə düşünməmişəm.
Mercedes yenə öndə olacaq. Amma bu il onların işini çətinləşdirmək istəyirik. Bunu edə biləcək potensialımız var”.