F-1.az xatırladır ki, avstraliyalı sürücü İspaniya Qran Prisinin sıralanma turunda lider Həmiltondan 0.6 saniyə geri qalaraq 6-cı olub.
Daniel Rikkardo: “Sıralanma turundan gözləntim yox idi. Çünki sessiyadan əvvəl nə edəcəyinizi bilmirsiniz. Cümə sərbəst yürüşləri heç nəyi göstərmir.
Sıralanma turunun son sessiyasında SuperSoft təkərlərlə yaxşı dövrə vurduq. Bizim üçün əsas təkər olmadığına görə yaxşı dövrə idi. Bolidin həftəsonu ərzində göstərdiyi reaksiyanı nəzərə alaraq Soft təkərləri seçdik və ikinci cəhdimdə onlardan istifadə etdim. Heyif ki, nəticəmi sadəcə 0.1 saniyə təkmilləşdirdim. Bu da bəs eləmədi. Məyusam. Düşünürdüm ki, poul alan sürücüdən 0.2-0.3 saniyə geri qalarıq. Amma arada 0.6-0.7 saniyə fərq var və bu, xoş hal deyil. Maksın məndən 0.002 saniyə sürətli olması da yaxşı olmadı. Lakin artıq yarış barədə düşünməliyik”.