F-1.az xatırladır ki, Renault komandası 9 ildən – 2011-ci ilin Malaziya yarışından – sonra ilk podiumunu əldə edib. Rikkardo isə 2018-ci ilin Monako yarışından sonra ilk dəfə fəxri kürsüyə yüksəlib.
Daniel Rikkardo: “Çox uzun zaman oldu. Elə bilirəm ki, ilk dəfə podiuma yüksəlirəm. Deyəsən son podiumumdan iki il yarım keçib. Bu hiss çox gözəldir. Doğrudan da çox xoşbəxtəm. Uzun müddət idi ki, bu podiumu gözləyirdik. Məncə, hazırda hamı sevinc içindədir”.
Qeyd edək ki, Danieı Rikkardo komandanın rəhbəri Siril Abitebul ilə döymə mərcinə girib. Mərcə görə Rikkardo podium qazanacağı halda, Abitebula özü seçdiyi döyməni etdirəcək.
Daniel Rikkardo: “Bu mərc doğrudur. Hazırda bir az düşünməliyik. Böyük ehtimalla, mənimlə bağlı olacaq. Ancaq döymədə Almaniyaya da yer verəcəyik. Nəticədə podiumu burada qazanmışıq”.