D.Rikkardo: “Bu il podiuma çıxacağıq”

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, 2020-ci ildə podiuma çıxacaq.

F-1.az xatırladır ki, “sarılar” son mövsümdə Mühəndislər Kubokunda 5-ci olublar və yarışlardakı ən yaxşı nəticələri İtaliya yarışındakı dördüncülük olub.

Daniel Rikkardo: “Bu mövsüm işlər qaydasında getmədi və istədiyimiz nəticələri ala bilmədik. Amma çox şey öyrəndik və bunlardan dərs çıxardıq. Ümid edirəm ki, 2020-ci ildə bir neçə dəfə podiuma çıxacağıq. Çox nikbin görünsəm də, əgər planlaşdırdığımız kimi işləsək, bu, mümkündür. Kanadadakı sıralanma turundakı dördüncülükdən sonra komandadakı hər kəsin üzərindəki təzyiq azalmışdı. Güclü olduğumuzu gördük və bu uğur bizi ilhamlandırdı.

Bilirdim ki, asan olmayacaq. Lakin yaxşı nəticələr və stabillik gözləyirdim. Montsadakı dördüncü yer gözləntilərimizi qarşılayırdı, ancaq uğursuz nəticələr gözlədiyimizdən daha pis idi. Ciddi rəqabət olanda balansı tapmaq çətinləşir. Bəzən daha yaxşı nəticə qazanmaq üçün səhv edib çox vaxt itirə bilərsiniz. Limitlərdə sürsəniz, təkərlər tez qızar və geriyə düşə bilərsiniz. Bu mövsün harada ehtiyatlı olacağımı, harada var qüvvə ilə sürəcəyimi bilirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*