F-1.az xatırladır ki, Felipe Massa mövsümün sonunda Formula1 karyerasını bitirərək, təqaüdə çıxacaq. Buna görə də, Rikkardo braziliyalının sonuncu ev yarışında mükəmməl abu-hava gözləyir: “Braziliyadakı abu-hava həmişə gözəl olub. Heç susmadan bizə dəstək olan azarkeşlər var. Bu tras bizə motivasiya verir.
Cari mövsümdə bu yarış daha əlamətdar olacaq. Çünki Massa ölkəsindəki son yarışına çıxacaq. Felipe Massanın komanda yoldaşısınızsa, bu trasda yarışmaq istəməzsiniz.
Qısa, amma diqqət tələb edən trasdır. Heyif ki, burada bəxtim gətirmir. Burada 5 dəfə yarışsam da, bir dəfə xal ala bilmişəm. Bu həftəsonu daha yaxşı nəticə almağa çalışacam”.