F-1.az xatırldadır ki, avstraliyalı sürücü cümə gününü 5-ci yerdə tamamlayıb, amma birinci yeri tutan Rəykkönendən 1.2 saniyə geri qalıb.
Rikkardo sərbəst yürüşlərdən sonra bildirib ki, komanda boliddəki balans problemini həll etməlidir: “Düşünürəm ki, sürücülərin çoxunun balansla bağlı problemləri var, çünki biz bir az rəqabətədavamlı görsənirdik.
Bu gün bəzi sürücülərin yerlərində fırlandıqlarını gördük. Bundan başqa, küləyin də təsiri oldu. Yarış tempində performansımız daha yaxşıdır və Medium təkərlərlə pis getmirik.
Dövrə zamanlarına baxsaq, bundan razı qala bilərik. Öndəki qrupa yaxın olduğumuz üçün məmnunam, amma bolidin balansını inkişaf etdirə bilərik. Əgər biz qovduğumuzu tuta bilsək, öndəkilərə bir az da yaxın ola bilərik”.
Bundan başqa Rikkardo qeyd edib ki, yağış onlara kömək etməyəcək….