F-1.az xatırladır ki, avstraliyalı sürücü Azərbaycan Qran Prisinin sıralanma turunda 4-cü olub.
Daniel Rikkardo: “Təmiz dövrə idi. Son sessiyadakı ilk cəhdimdə divara sürtüldüm. Amma sərt təmas deyildi. Daha sonra özümə gəlib yaxşı dövrə vurdum.
Şənbə günü vacib olsa da, bazar günü həmişə gücümüzü göstərə bilirik. Keçən il bunu isbatlamışıq. Buna görə də 4-cü yerdən başlamaq çox vacibdir. Məncə, bolidimiz güclüdür. Amma yarış zamanı trasdakı şərait hamıya maraqlıdır. Külək 50 km/saatla əsir və çox soyuq olacaq. Təkərlərə nəzarət etmək çox vacib olacaq. Əgər bunu bacara bilsək, yaxşı nəticə alacağıq.
Hazırkı bolidlərdə asfaltayatma qüvvəsi o qədər çoxdur ki, düzlükdə sükanı buraxsanız da, bolid düz yolunu gedər. Amma Bakıda bu mümkünsüzdür, çünki külək təsir edir. Sözün düzü, küləkli yerlərdə sürmək əziyyətli olur. 5-ci gün demək olar ki, külək yox idi. Şənbə günü bolidi sürmək çətin idi. Məncə, küləkdə hamı çətinlik çəkir”.