F-1.az xatırladır ki, avstraliyalı sürücü lider Bottasdan bir saniyə geri qalaraq 5-ci olub.
Daniel Rikkardo: “Trasın yüksəldiyi yerlərdə bir az zaman qazanmağa çalışırıq, amma uğurlu olmur. Soft təkərlər mənim üçün daha yaxşı idi. Əksər hallarda Softdan SuperSofta keçəndə daha çox asfaltla ilişmə olur. SuperSoft-lar asfaltla daha yaxşı ilişirlər. Amma SuperSoft-larla bolidin ön tərəfini hiss etmirdim. Mühəndislərlə vəziyyətə baxırıq. Son sessiyada titrəmə yaşadıq və səbəbini bilmirik”.