F-1.az xatırladır ki, avstraliyalı sürücü Əbu Dabidə MCLaren ilə son yarışına çıxıb. Lakin gələn il yarışmayacaq və nə edəcəyi məlum deyil. Onun adı Red Bull komandasına ehtiyat sürücü kimi hallanır.
Daniel Rikkardo: “Növbəti il yarışmayacağımı öyrəndikdən sonra uzaqlaşmaq istədim. Son illərdə yaşadıqlarım çox çətin idi. Buna görə də yay tətilindən sonra qısa müddtəli də olsa, ayrılmaq istədim. Onda öz-özümə “nə edəcksən?” deyə soruşdum. Qərara gəldim ki, güclü bir komandada göz önündə olan bir işə girim. Müqavilə hələ imzalanmayıb və bunu təsdiqləmək doğru olmaz”.