D.Rikkardo bir ilkə imza atmaq istəyir

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, mövsümün ilk yarışında podiuma yüksəlmək istəyir.

F-1.az xatırladır ki, Avstraliyadan çoxlu güclü sürücülər çıxıb və bəziləri Dünya Çempionu titulunu qazanıblar. Amma heç biri Avstraliyadakı yarışda nəinki qalib gələ bilməyib, heç podiuma belə yüksəlməyib.

Daniel Rikkardo 2014-cü ildəki yarışda ikinci olsa da, yanacaq sistemindəki problemə görə yarışdan kənarlaşdırılmış və nəticəsi ləğv edilmişdi.

Daniel Rikkardo: “Mən hər şeyin mümkün olduğunu düşünürəm, çünki əsl gücümüzü göstərməmişik. Mövsümün ilk yarışında hər şey daha dəqiq görünəcək. Hava bizə problem yarada bilər. Xüsusən də ilk yarışda. Oraya hazır formada gedəcəyimi düşünürəm. Gərgin həftə olacaq. Nə etməliyəmsə, onu edəcəm. Podiumda olmaq istəyərəm, amma oraya çox ümidlə getmirəm. Əlimdən gələni edəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*