F-1.az xatırladır ki, avstraliyalı sürücü cümə sərbəst yürüşlərində ikinci olsa da, sıralanma turunda ikinci sessiyada uduzaraq, 13-cü olub.
Daniel Rikkardo: “Əmin deyiləm. Bir gecədə çox temp itirdik. Təkcə sıralanma turunda yox, üçüncü sərbəst yürüşlərdə də zəif idik. Qəribə idi. Cümə günü hər şey yaxşı getmişdi. Hazırda nəyə görə çətinlik çəkdiyimizi deyə bilmərəm, ancaq problemləri həll etməyə çalışırıq. Lakin burada olmağı gözləmirdim”.