D.Rikkardo: “Beynimiz qarışdı”

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, 2019-cu ildəki bəzi pis yarışlara görə beyni qarışıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü bu mövsün enişli-yoxuşlu performans göstərib və ən yaxşı nəticəsi İtaliyadakı dördüncülük olub. 30 yaşlı pilot mövsümü doqquzuncu yerdə bağlayıb.

Daniel Rikkardo: “Çətin günlər keçirməyi gözləyirdim və bu, hər komandada ola bilər. Çünki Mercedes belə bir yarışda 4-cü yeri tuta bilir. Beşliyə düşdüyümüz günlərimiz oldu. Ancaq çətin günlərdə beynimiz qarışdı. Bu qədər geridə qalmamalıyıq deyə düşündük. Bolidimiz hər yarış beşliyə girmək gücündə olmasa da, outsayderlərdən biri olmağı da gözləmirdik. Belə hallarda anladıq ki, çox işləməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*