D.Rikkardo bəxtini sınayıb

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, heç nə etməməkdənsə, bəxtini sınamağı seçib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışın son dövrələrində Lando Norrisə hücum edərkən tras xaricinə çıxıb və təhlükəli formada geri qayıdıb. Daha sora isə Rəykkönenə tras xaricindən hücum edib. Rikkardo bu hərəkətinə görə 10 saniyə cəza alıb və 7-ci yerdən 11-ci yerə yuvarlanıb.

Daniel Rikkardo: “Yarışdan sonra verilən cəzaya görə xalsız qalmaq məyusedicidir. Xüsusilə də yarış komandanın vətənində olanda. Son dövrə əyləncəli idi. Mübarizədən həzz aldım. Bəxtimi sınamaq istədim. Əminəm ki, fransalı fanatlar da bu mübarizədən həzz aldı. Bunun üçün cəza almaq utancvericidir. Bunu tezliklə unutmaq istəyirik. Startda zəif tərpəndim. İlk döngədə əyləcə tez basdım və bunun səhv addım olduğunu anladım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*