D.Rikkardo: Beşincilik yaxşı nəticədir

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Ferrari-dən yavaş olduqları Ostində 5-ci yer əla nəticədir.

 

F-1.az xatırladır ki, avstraliyalı sürücü Valtteri Bottas və Karlos Saynsın önündə 5-ci olub və mövsümün ikinci yarısındakı uğurlu çıxışını davam etdirib.

Daniel Rikkardo: “Yarışda hər şey yaxşı gedirdi. İlk dövrə maraqlı idi. Startda Karlos Saynsı keçsəm də, 7-ci döngədə xarici trayektoriyadan məni keçərək yerini qaytardı. Lakin 17-ci döngədə yenidən onu keçdim. Bir dövrədə 3 dəfə yer dəyişdirdik. Ancaq mənim üçün beşlik vacib idi.

Şarl Leklerin tempi göstərdi ki, Ferrari Amerikada əlçatmazdır. Buna görə də bir Ferrari pilotunu keçmək gözəl oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*