F-1.az xatırladır ki, Daniel Rikkardo sıralanma turunda 5-ci yeri tutub. Rikkardo bildirib ki, ilk iki sərbəst yürüşlərdə onların sıralanma turu tempi zəif olub, amma onlar bolidin üstündə işləyərək, bolidin sıralanma turu tempini inkişaf etdiriblər.
Beləliklə, Red Bull komandası Ferrari və Mercedes AMG-dən sonra ən yaxşı komanda yarışında rəqiblərini qabaqlamış olub.
Daniel Rikkardo: “Qazandığımız nəticəyə görə sevinirik. Sərbəst yürüşlər bizim üçün çox pis keçdi, ona görə də, indi 5-ci yer əla nəticədir. Biz 3-cü seansa qalacağımızı gözləmirdik.
Ferrari və Mercedes-dən geridə qalırıq, ona görə də beşinci yer bizim üçün poula bərabərdir.
Mən düşünürəm ki, Williams komandasını məğlub edə bilərik. Biz fikirləşirdik ki, sıralanma tempində zəifik, amma sıralanma turunda onları qabaqladıq.
Yarışda nə olacağını bilmirəm və həyəcanlıyam. Beşinci yerə görə sevinmək çox qəribədir”.