D.Rikkardo: “Bərbad yarış oldu”

Yarış ərzində dəbilqəsinin şüşəsi ilə bağlı problem yaşayan Rikkardo nəticəsinə görə məyus olub...

F-1.az xatırladır ki, Rikkardo ön qrupda keçid təkərlərini götürən ilk sürücü olmuş və əvvəl bu təkərlərlə yaxşı dövrələr vursa da, yağışın sürətlənməsi nəticəsində geriyə düşmüşdü. Avstraliyalı sürücü daha sonra Erikssonun qəzasına görə pit yolunun bağlanması qərarına riayət etməyərək, boksa gəlmiş və buna görə də, 5 saniyə cəza almışdı. Rikkardo bu problemlərdən sonra 8-ci yeri tutmuşdu.

Daniel Rikkardo: “Yarış məni çox məyus etdi. Strategiyada bəxtimiz gətirmədi. Əvvəlcə hər şey yaxşı getsə də, daha sonra yağış sürətləndi və yer itirdik. Belə havalarda nə vaxt risk alsaq, ya təhlükəsizlik avtomobili, ya da qırmızı bayraqlar çıxır. Çox yer itirdik və bunları bərpa etmək asan olmadı. Bundan başqa dəbilqəmin şüşəsində problem olduğu üçün yolu görə bilmirdim.

Bolidin mənə daha yaxşı yer tutmağa imkan verirdi. Amma hava şəraiti icazə vermədi. Məyusam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*