F-1.az xatırladır ki, Kastelledə yerləşən tras 28 illik fasilədən sonra yenidən Formula1 təqviminə qayıdır. Buna görə də peletondakı bütün sürücülər Pol Rikarda debüt etmiş olacaqlar.
Daniel Rikkardo: “Pol Rikarda yarışmışdım. Ancaq hazırda trasın quruluşu necə olacaq bilmirəm. Fransanın yenidən təqvimə qayıtması əla oldu. Ümid edirəm ki, yarış təkcə fransızlar üçün yox, bütün dünya üçün gözəl olar. Bəlkə, yarışdan sonra fransızca danışa bildim. Bir aydır fransızca danışan ölkələrdə yarışlar keçiririk”.