D.Rikkardo: Belçika çətin olacaq

AlphaTauri komandasının sürücüsü Daniel Rikkardo Belçika yarışının çətin keçəcəyini düşünür.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 8 aydan sonra AlphaTauri komandası ilə Macarıstan yarışında idmana qayıtmış və ilk yarışında 13-cü olmuşdu. Onun komanda yoldaşı Yuki Tsunoda isə 15-ci yeri tutmuşdu. Yəni ki, AlphaTauri Hunqarorinqə yeniliklər gətirsə də, yenə xal üzünə həsrət qalmışdı.

Daniel Rikkardo: “Macarıstandakı həftəsonu çox yaxşı keçdi. Adrenalini və peletonda olmaq kimi bəzi şeylər üçün darıxmışdım. Bunlar gözəl hisslərdir.

Tempimiz də pis deyil. Əgər startda arxadan zərbə almasaydım, mübarizə apara bilərdim. Bu qəzada maşının zədələnməməsi yaxşı oldu. Beləliklə, 70 dövrə vurdum və sonda fiziki cəhətdən yaxşı idim.

Növbədə Spa yarışıdır. Ardıcıl iki yarışa çıxmaq çox gözəldir. Yaxşı başladım və bir neçə gündən sonra bolidə qayıtmaq əla olacaq. Öyrənmə prosesim sürətlənir və özümü təkmilləşdirirəm. Spa həmişə çətin tras olub, amma favorit traslarımdan biridir.

Burada hava proqnozu mühüm rol oynayır, amma Macarıstandan sonra buraya özümə inamla gəlirəm. Müsbət düşünmək və eyforiyaya qapılmaq istəmirəm, çünki öyrənəcək çox şeyim var. Yarış asan olmayacaq, amma çoxlu dövrə vurmaq, əylənmək və bazar günü xal qazanmaq istəyirəm”.

Komandanın digər sürücüsü Yuki Tsunoda: “Bəzi yaxşı addımlar atdıq və müsbət hallar gördük, amma maşından ən yaxşı formada istifadə edə bilmədik.

Startda bəzi rəqiblərimizi keçdik, amma yarışda bundan başqa yaxşı an olmadı. Bundan dərs çıxardıq və indi növbədə başqa yarış var.

Spa trasını sevirəm. Ən böyük problemimiz düzlüklərdə sürətli getməməkdir. Yüksək sürətli döngələrdə asfaltayatma qüvvəsi əldə etmək üçün doğru sazlanmaları tapmalıyıq. Bu çətin olacaq. Bizi çətin yarış gözləyir.

Bu, sprint həftəsonudur, amma iki sıralanma turu olduğu üçün həyəcanlıyam. Sıralanma sessiyalarını sevirəm. Spa kimi gözəl trasda iki dəfə keçirilməsi gözəl olacaq. Burada sıralanma turunda iştirak etmək lunaparkda sürətli qatarda getməyə bənzəyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*