D.Rikkardo: Battonun qədri bilinmir

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, 2011-ci ildə Lyuis Həmiltonu məğlub dən Censon Batton layiq olduğu dəyəri görmür.

F-1.az xatırladır ki, hər iki sürücü də 2011-ci ildə 3 qələbə qazansalar da, Batton mövsümün ikinci yarısında daha yaxşı çıxış etmiş və mövsümü ikinci yerdə bitirmişdi.

Daniel Rikkardo: “Bir Dünya Çempionunun qədri necə bilinməz? Gəlin danışım: Censon bu idmanda uzun illər çıxış etdi və 2011-ci ildə McLaren-dəki komanda yoldaşı olan Lyuis Həmiltonu ədalətli formada məölub etdi. Bu, asan şey deyildi. Buna görə də qədrinin bilinmədiyini düşünürəm. Həmiltonu Suzuka kimi əsl traslarda məğlub eləmişdi və əsl yarış tempini göstərmişdi.

Censon çox şeyi digərlərindən fərqli edirdi. Yanında yaxşı komandası olsa da, həmişə sadə və yolagedən adam idi. O, dəyişən hava şəraitində ən güclü sürücüdür. 2011-ci ilin Kanada yarışındakı qələbəsi Formula1 tarixinin ən yaxşılarındandır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*