D.Rikkardo Azərbaycanla Çini müqayisə edib

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bu il qazandığı Çin yarışını keçənilki Azərbaycan yarışı ilə müqayisə edib.

F-1.az xatırladır ki, keçən il Bakıdakı yarış hadisələrdən bol olmuşdu. Sebastyan Fettel rəqibi Lyuis Həmiltonun üzərinə maşınını sürməsi bütün mövsüm ərzində müzakirə mövzusu olduğu halda, Rikkardo üç rəqibini birdən geridə qoyaraq tarixi qələbəyə imza atmışdı.

Avstraliyalı sürücü builki Çin yarışında da düzgün strategiya hesabına rəqiblərini geridə qoymuş və karyerasının 6-cı qələbəsini qazanmışdı.

Daniel Rikkardo: “Şəhər tipli trasları sevməlisiniz. Eyni zamanda onlara hörmət etməli və anlamalısınız. Mən anlayıram. Sürətli olmaq üçün limitlərdə olmalısınız. Keçənilki Bakı yarışı dəlisov idi. Keçən həftə keçirilən Çin yarışı kimi… Komanda doğru strategiya seçdi. Zirvəyə yüksələcəyimi düşünmüşdüm? Heç vaxt! Amma öndəki rəqiblərim milçək kimi düşürdülər və mən də gözəl ötmələrlə yüksəlirdim. Finiş xəttini keçəndə özümü itirmişdim. Yarışı qazanmışdım. Dəlisov və əyləncəli yarış idi və heç vaxt unudulmayacaq.

Bakıda əylənmə çox çətindir. Əylənmə zonası çoxdur və mümkün qədər gec əylənmək lazımdır. Amma səhvi bağışlamır. Səhv edib təkəri bloklasanız, divara çırpıla bilərsiniz. Bakıda əylənmə limitlərini tapmaq çətindir. Bu mövzuda da özümə güvənirəm. Monako trası isə Bakı qədər sürətli deyil”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*