F-1.az xatırladır ki, iki sürücü 2021-ci ildə çempionluq uğrunda mübarizə aparmış və sonda gülən tərəf Maks Ferstappen olmuşdu.
Daniel Rikkardo: “İdmanı sevən adam kimi həm Mercedes-Red Bull, həm də Maks Ferstappen-Lyuis Həmilton rəqabətindən həzz alıram. Bu həm də rəqabətin önəmini göstərir. Azarkeşlərin istədiyi də budur. Hamı güclülərin gərgin mübarizəsini izləmək istəyir”.