D.Rikkardo: Avstriyaya qayıtmaq xoşdur

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Avstriyada yarışmaqçün səbirsizlənir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü daha əvvəl Red Bull Rinq trasında podiuma yüksəlib.

Daniel Rikkardo: “Avstriya həm qısa, həm də maraqlı trasdır. Burada dar döngələr uzun düzlüklərlə birləşib və son iki sektor çox sürətlidir. Bu trasda hər şey var. Burada keçirilən son yarışlar çox maraqlı olmuşdu.

Keçən il Avstriyada güclü idik. Buna görə də Şpilberqə gəldiyimizçün sevincliyəm. Red Bull Rinqdə iki yarışımız olacaq. Keçənilki yarış bizə çox şey öyrətdi.

Çempionatın başlamağını səbirsizliklə gözləyirəm. Renault-dakı karyeramı yaxşı bitirmək istəyirəm. Əlimdən gələni edəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*