D.Rikkardo: “Avropaya qayıtdığımız üçün xoşbəxtəm”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Avropa yarışlarında özünü daha yaxşı hiss edir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü ilk 4 yarışda 1 qələbə qazanıb. 2 yarışda mübarizəni vaxtından əvvəl dayandıran 28 yaşlı sürücü cəmi 37 xal toplaya bilib.

Daniel Rikkardo: “Barselona həmişə gözəl bir hissənin başlanğıcıdır. Bu yarışla birlikdə Avropa mövsümünə start verilir və bütün komandalar təkmilləşirlər. Bu trası çox sevirəm və quruluşu həzz verir. Testlərdə burada olmuşuq və çox məsafə qət etdiyimiz üçün trası əla tanıyırıq. Keçən il burada mövsümün ilk podiumunu qazanmışdım və buna görə də mənim üçün vacib yarışdır. Bu mövsüm daha güclü olmaq istəyirik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*