F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunda 11-ci olsa da, Sayns və Maqnussenin cəzalarından sonra yarışa 9-cu yerdən başlayıb. Ancaq Leklerin mübarizəni dayandırmasına baxmayaraq, o yenə 9-cu olub. Bu həm də McLaren-in yenilənmiş bolidi ilə ilk yarışı idi.
Daniel Rikkardo: “Okon arxamda başlasa da, önümdə bitirdi. Onu arxamda saxlamaq üçün əlimdən gələni etdim, amma onlar bizdən çox sürətli idilər və tempim yox idi. Yarışın ikinci yarısında asfaltla ilişmələri daha yaxşı idi. Görüləsi işlər çoxdur.
Yaxşı məlumatlar topladıq. Hazırda Alpine ilə mübarizə aparırıq. Alonso Landonu, Okon isə məni qabaqladı. Bolid demək olar ki, əvvəlki ilə eynidir, amma bir az asfaltla ilişmə artıb. Hissiyat daha yaxşıdır. Ancaq dövrəvi nəticələr demək olar eynidir”.