F-1.az xatırladır ki, Rikkardo son 3 yarışda podiuma yüksələ bilib.
Daniel Rikkardo: “Hamı Ostini çox sevdiyimi bilir. Şəhərin yanında gözəl trasdır. Burada ötmək üçün bir neçə əlverişli zona var və əyləncəli yarış olacaq. Bolidimiz yaxşıdır və son yarışlarda performansımız artıb. Ferrari və Mercedes-lə rəqabət aparmaq bizi 2018-ci üçün ümidləndirir. Gələn il daha güclü ola bilərik.
2014-cü ildə Ostinə xüsusi saqqalımla gəlmişdim. Bi il də eynisini edərəmmi bilmirəm. Amma o yarış mənim üçün əyləncəli keçmişdi. Texas gözəl şəhərdir”.