D.Rikkardo altılığa düşmək istəyir

Renault komandasının sürücüsü Daniel Rikkardo mövsümün ikinci yarısında davamlı olaraq altılığa düşmək istəyir.

F-1.az xatırladır ki, 2018-ci ildə Mühəndislər Kubokunda dördüncü olan Renault komandası 2019-cu ildə keçən mövsüm 12 yarışdan sonra topladığı xalın yarısından da az xal toplayıb və hazırda 6-cı yerdə qərarlaşıb.

Daniel Rikkardo: “Yay tətilindən sonra böyük yeniliklərimiz olmayacaq, ancaq bəzi detallar gətirəcəyik. Fransada bir neçə yenilik gətirsək də, elə də ciddi şey deyildi. Buna görə də ikinci yarıda daha böyük yeniliklər gözləyirəm. Onlar ilk yarışlarda olmayacaqlar. Amma sonrakı yarışlarda istifadə ediləcəklər.

Mövsümün ilk yarısında pis deyildik, amma indi daha güclü olmalıyıq. Əgər gələn il podiuma yüksəlmək istəyiriksə, mövsümün ikinci yarısında böyük addımlar atmalıyıq. İkinci yarıda davamlı olaraq altılığa düşmək istəyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*